“Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla birlikdə III Azərbaycan – Özbəkistan Regionlararası Forumunda iştirak etdik”.
Bu barədə sosial şəbəkə hesablarında paylaşım edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Forum ölkələrimizin regionları arasında institusional əlaqələrin möhkəmləndirilməsi, birgə layihələrin inkişaf etdirilməsi və biznes dairələrinin əməkdaşlığının dərinləşdirilməsi üçün mühüm platforma rolunu oynayır.