AZ

Məşhur nəşrdən qalmaqal: İranı 6 yerə böldülər

İsrail-İran arasında münaqişənin 8-ci günündə İngiltərənin “The Economist” jurnalının 21–27 iyun tarixli sayı böyük səs-küy doğurub.

Publika.az xəbər verir ki, jurnalın üz qabığında yanmış və 6 hissəyə bölünmüş İran bayrağı yer alıb və altında “Bu necə sona çatacaq?” sualı yazılıb.

Bu mesaj bölgədə yeni xəritə planının işarəsi kimi dəyərləndirilib. Jurnal 2025-ci ilin əvvəlində də İran raketlərini üz qabığına çıxarmış və bölgədə gərginliyin artacağına eyham vurmuşdu. İndi isə “İran daxildən çökdürüləcək” mesajı gündəmdədir.

Analitiklərə görə, İsrailin məqsədi yalnız hərbi qələbə deyil, İranda daxili qarşıdurmalar yaratmaq, hakimiyyət boşluğu formalaşdırmaq və nəticədə ölkəni parçalamaqdır. “The Economist”-in sözügedən üz qabığı ilə bu plana media dəstəyi verdiyi iddia olunur.

Seçilən
5
4
publika.az

5Mənbələr