AZ

Mərkəzi Bank lisenziyalar ləğv edib

Mərkəzi Bank Sığorta sektorunda ləğv edilmiş lisenziyalar barədə məlumat yayıb.

Qeyd edilib ki,  “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 iyun 2025-ci il tarixli qərarına əsasən adları siyahıda qeyd olunmuş (əlavə olunur) 3 (üç) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.

İdarə Heyətinin eyni tarixli qərarı ilə Qanunun 107.1.2-ci maddəsinə əsasən lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq, adları siyahıda qeyd olunmuş 1 (bir) hüquqi şəxsə və 4 (dörd) nəfər fiziki şəxsə və Qanunun 107.1.3-cü maddəsinə əsasən 12 ay ərzində lisenziyalarının qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyaların qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq, 2 (iki) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci, 107.1.2-ci və 107.1.3-cü maddələrinə əsasən lisenziyaları ləğv edilən sığorta agentlərinin SİYAHISI

Seçilən
12
marja.az

1Mənbələr