AZ

“Türkiyə-Azərbaycan birliyi bu gün bütün dünya miqyasında önəmli amilə çevrilib”- Millət vəkili

“Dünən Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər. Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan” məhəlləsi Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin ən bariz nümunələrindən biridir”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev məhəllənin açılış mərasimində bildirib ki, Azərbaycan və Türkiyə yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birinin yanındadır, bir-birinin gücünü artırır:

“Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş Türkiyə-Azərbaycan birliyi bu gün nəinki region üçün, dünya miqyasında önəmli amilə çevrilib. Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi ölkələrimiz arasındakı birliyin əbədiliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısının mərasindəki çıxışı region üçün qardaşlığın simvoli, humanitar geosiyasətin real nümunəsinə çevrildi. Prezident İlham Əliyev çıxışında Azərbaycan-Türkiyə əlaqələrinin zamanın sınaqlarından keçmiş bir dostluq olduğunu xatırlatdı”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
6
editor.az

1Mənbələr