Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanı İstanbulda Dolmabağça Sarayının ofisində qəbul edəcək.
Missiya.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Paşinyanı İstanbul beynəlxalq hava limanında Türkiyə xarici işlər nazirinin müavini qarşılayıb.
Ermənistanın baş naziri yerli erməni icmasının nümayəndələri ilə görüş keçirəcək. Axşam o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Elcan
Missiya.Az