AZ

Dünən bank kartlarından 24 min manat oğurlanıb

DİN kiberdələduzlarla bağlı vətəndaşlara müraciət edib

Kiberdələduzlara verilən hər məlumat bank kartınızdan oğurluq riskini artırır. Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının qorunmasına xüsusi diqqət yetirməyə çağırır.

Bu barədə Aktual.az-a DİN-dən bildirilib.

Dünən bank kartlarından oğurlanan vəsait

Məlumata görə, iyunun 19-da bir sıra şəxslərin bank hesablarından 12500, 4179, 2300, 1213, 1012, 700, 498, 450, 300, 280, 200, 116, 85, 70, 63, 26, 20 və 18 manat kiber üsulla oğurlanıb.

"Bu cür cinayətlər, əsasən, naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir. Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir.

DİN-in tövsiyəsi

Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın, bank kartınızın nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir halda paylaşmayın. Tanımadığınız şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatlarınızı verməyin", nazirlikdən bildirilib.

Seçilən
0
25
ulusum.az

10Mənbələr