Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Fridrix Merts arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə "TRT-Haber" məlumat yayıb.
Görüşdə İsrail ilə İran arasındakı münaqişə, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Ərdoğan görüş zamanı bildirib ki, İranla nüvə mübahisələrinin həlli yalnız danışıqlar masası vasitəsilə mümkündür. O, İsrailin İranı hədəf alan hücumları ilə başlayan münaqişənin regionun təhlükəsizliyinə ciddi təhdid yaratdığını vurğulayıb.
Prezident əlavə edib ki, İsrailin hücumları ilə alovlanan zorakılıq spiralı regiona və Avropaya həm miqrasiya, həm də nüvə sızıntısı kimi ciddi problemlər gətirə bilər. Türkiyə isə münaqişənin sona çatdırılması və bölgədə sülhün bərqərar olunması üçün bütün səylərini göstərir və bu işlər davam etdiriləcək.