İyulun 1-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin, iyulun 2-də "Atabank" ASC-nin, iyulun 8-də isə “Dəmir Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.
Mia.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.