AZ

Yenə kartlardan onminlər oğurlandı – Əhaliyə çağırış

Bank kartlarından oğurluq halları artmaqdadır.

Tribunainfo.az xəbər verir ki, DİN rəsmisi Elşad Hacıyev bildirib ki, kiberdələduzlara verdiyiniz hər məlumat bank kartınızdan oğurluq riskini artırır:

“İyunun 19-da bir sıra şəxslərin bank hesablarından 12500, 4179, 2300, 1213, 1012, 700, 498, 450, 300, 280, 200, 116, 85, 70, 63, 26, 20 və 18 manat kiber üsulla oğurlanıb.

Naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməyin. Saxta saytlara, şübhəli linklərə daxil olmayın. Kart nömrəsi, PIN, CVV, OTP kimi məlumatlarınızı heç kimə paylaşmayın”.

Gülşən Rəsul

Seçilən
15
tribunainfo.az

1Mənbələr