AZ

Baş Prokurorluğun idarə rəisi GRECO nümayəndə heyətinin tərkibində görüşlər keçirib

Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO) yüksək səviyyəli nümayəndə heyətinin tərkibində Azərbaycanın nümayəndə heyətinin rəhbəri, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Türkiyənin paytaxtı Ankarada səfərdədir.

Bu barədəBaş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, GRECO prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, Böyük Millət Məclisinin vitse-spikeri Bəkir Bozdağ, Hakimlər və Prokurorlar Şurasının sədr əvəzi Turan Kuloğlu və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirib.

Səfər zamanı nümayəndə heyəti Türkiyə hökumətini parlament üzvləri, hakimlər və prokurorlar arasında korrupsiyanın qarşısının alınması və dürüstlüyün gücləndirilməsi sahəsində GRECO-nun tövsiyələrinin tam şəkildə icrasını təmin etməyə çağırıb.

Seçilən
7
2
aznews.az

10Mənbələr