AZ

"Neftçi"nin rəqibləri bəlli olub

“Neftçi” 2025/2026-cı illər mövsümü üçün hazırlığa start verib.

Apasport.az xəbər verir ki, “ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıda, “Neftçi” Futbol Mərkəzində keçəcək.

Təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 15-dan avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq. “Binkovski Hotel”də məskunlaşacaq komanda bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

Oyunlar 17, 22, 27 iyul və 1 avqust tarixlərində baş tutacaq. Üçüncü matçda rəqib “Asteras Tripolis” (Yunanıstan), sonuncuda isə AEL (Kipr) olacaq. Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.

"Fənərbaxça"dan Tomas Partey bombası

"Sabah"ın baş məşqçisi bəlli oldu - RƏSMİ

"Kyeza "Liverpul"dan ayrılmaq istəyir" – İtalyan ulduzun gələcəyi sual altındadır

"Neftçi Arena" "Zirə" - "Hayduk" matçına ev sahibliyi edəcək

Aqil Nəbiyev: “Bu komanda ilə böyük işlər görmək olar”

Seçilən
3
16
apasport.az

10Mənbələr