AZ

Peyk görüntüləri: İran neft ixracını sürətləndirib - Foto

Peyk

İran hakimiyyəti imkan daxilində mümkün qədər çox neft ixrac etməyə çalışır.

Reyting.az
xəbər verir ki, İsrail bu ehtiyatları məhv etməzdən əvvəl İran nefti sürətlə ixrac etməyə çalışır.

“Bloomberg” artıq iranlıların artan logistik aktivliyini qeydə alan peyk görüntülərini yayıb. İran neftinin əsas hissəsi Fars körfəzindəki Xarq adasında neft terminalı vasitəsilə ixrac olunur. Adanın anbar çənlərinin “üzən” damı var ki, anbar neftlə dolu olduqda qalxır, neft çıxarıldıqda isə aşağı düşür.

İyunun 11-də peykdən çəkilmiş görüntülər göstərir ki, bütün iri çənlərin damları aşağı düşüb, yəni anbar çənlərində neft azdır. Lakin iyunun 18-ə olan görüntülər çənlərin damlarını ən yüksək nöqtədə göstərir, yəni çənlər tamamilə doludurulub.

Bu, İranın daxilindən dənizdəki tankerlərə mümkün qədər çox neft daşımaq cəhdi kimi şərh edilir və qeyd olunur ki, Xarq adasındakı neft anbarı bu prosesdə aralıq halqadır.



Nəşr yazır ki, neft okean tankerlərinə ötürülə bilsə, bu, Tehrana ən azı bir müddət pul axınının davam etdirilməsinə zəmanət verəcək.

Trackers.com-un məlumatına görə, İsrailin İrana zərbələr endirdiyi beş gün ərzində ölkənin orta gündəlik neft ixracı norma ilə müqayisədə 44 faiz artıb.

Xarq adasındakı neft terminalı İsrailin mümkün zərbəsinə həssas olduğundan, neft tankerləri adadan uzaqlaşır. Və yalnız yükləmə növbəsi onlara çatdıqda, orada mümkün qədər az vaxt keçirməyə çalışaraq terminala tələsirlər.

V. QULİYEV
Seçilən
3
1
reyting.az

2Mənbələr