AZ

Estoniya Rusiya ilə sərhəddə müdafiə xətti yaradır

Estoniya Rusiya ilə sərhəddə yeni müdafiə xətti yaratmağa başlayıb.

XəzərNews.az xəbər verir ki, məlumatı Estoniya ictimai televiziyası yayəb.

“Müdafiə Qüvvələri Milli Müdafiə İnvestisiyaları Mərkəzi (RKIK) ilə birlikdə Estoniyanın cənub-şərqində Baltikyanı Müdafiə Xəttinin tikintisinə başlayıb”, - deyə məlumatda bildirilir.

Bəzi ərazilərdə hərbçilərin tank əleyhinə xəndəklər qazdığı dəqiqləşdirilir. 2025-ci ilin sonuna kimi 28 bunker və onlarla hərbi anbar tikmək planlaşdırılır.

Xəbər 55 dəfə oxunub.
Seçilən
7
xezernews.az

1Mənbələr