Paytaxtdan regionlara fəaliyyət göstərən 253 avtobus reysindən 178-i üzrə müsabiqə keçirilib.
Hafta.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, avtobus parkının 22.5%-i yenilənib.
Bakı-Bərdə və Bakı-Tərtər istiqamətləri üzrə avtobus parkının orta yaşı 21 ildən 10 ilədək azalıb.
Quba, Qusar, Xaçmaz, Xudat, Şabran və Siyəzən istiqamətləri üzrə reyslərə 19 yeni və müasir nəqliyyat vasitəsi cəlb olunub.
Müxtəlif şəhər və rayona fəaliyyət göstərən reyslərin 92%-i “biletim.az” portalına inteqrasiya olunub.
Avtobusların 68.5%-i GPS avadanlığı ilə təchiz olunub.