AZ

“Şəfa”nın San Marinodan transfer etdiyi futbolçunu yaxından tanıyın

Azərbaycan 1-ci Liqasında mübarizə aparacaq “Şəfa”nın  San Marinonun “Faetano” komandasında çıxış edən Raul Yaqubzadə ilə anlaşdığı xəbərini vermişdik. 21 yaşlı hücumçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Raul Yaqubzadə son mövsümdə “Faetano”nun heyətində San Marino çempionatında 6 matçda meydana çıxıb, qol və məhsuldar ötürməylə yadda qalmayıb. Onun bu klubla sözləşmə müddəti 2025-ci il iyunun 30-na qədər idi.

Forvard daha əvvəl İtaliyanın “İmoleze”, “Sansepolkro”, “Nuova Florida” komandalarında, həmçinin “Peruca”nın aşağı yaş qruplarında oynayıb.

21 yaşlı hücumçu San Marinonun U-21 millisinə də dəvət alıb. Ancaq Yaqubzadə bunu qəbul etməyib.

O, Azərbaycanı beynəlxalq səviyyədə təmsil etmək istədiyi üçün bundan imtina edib.

Yaqubzadə Azərbaycan, ingilis və rus dillərində sərbəst şəkildə danışa bilir. Hücumçu 19 yaşlılardan ibarət milli komandamızın heyətində də çıxış edib. 

İdmanxeber.az 

Seçilən
11
idmanxeber.az

1Mənbələr