Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs cinayət təqibindən yayınmaq üçün kuryoz addım atıb.
Viral.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, Allahverdi Rəsulov üzərində olan narkotik bükümlərini udaraq sübutları gizlətməyə cəhd edib.
31 yaşlı şəxs halı pisləşdiyi üçün xəstəxanaya çatdırılıb. Zəhərlənən şübhəli göstərilən tibbi müdaxilələrə baxmayaraq, iyunun 20-də ölüb.
Son Yazılar:
- Rusiya və Ukrayna əsirləri DƏYİŞDİ
- Narkotik bükümlərini udan şəxs xəstəxanada ÖLDÜ
- DİM bu şəxslər üçün imtahan KEÇİRƏCƏK
Qeyd edək ki, A.Rəsulov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunubmuş və narkotik aludəçisi imiş.
Faktla bağlı araşdırma aparılır.