BAKI, 20 iyun. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin İran və İsrail arasındakı münaqişəni narahatlıqla izlədiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Bəhreyn kralının milli təhlükəsizlik müşaviri Nasir bin Həməd əl-Xəlifə ilə görüşündə deyib.
“Təəssüf ki, bugünkü görüşümüz sizin regionda (Yaxın Şərqdə) gərginliyin artması fonunda keçirilir. Hamımız orada baş verənləri narahatlıqla izləyirik”, - Putin qeyd edib.