AZ

Tovuzda Birinci Qarabağ müharibəsinin itkin şəhidi Fuad Ələsgərov dəfn olundu

TOVUZ, 20 iyun. TELEQRAF

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Fuad Cəfər oğlu Ələsgərovun meyitinin qalıqları Tovuz rayonda dəfn olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, qalıqları Xocavənd rayonunda tapılan şəhidin nəşi onun doğulduğu Ağbaşlar kəndində torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində yaxınları, Birinci Qarabağ müharibəsinin iştirakçıları, rəsmilər iştirak edib.

Qeyd edək ki, Fuad Cəfər oğlu Ələsgərov 1974-cü il martın 8-də Tovuzun Ağbaşlar kəndində anadan olub. 1993-cü il avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşüb.

Seçilən
7
3
teleqraf.com

10Mənbələr