AZ

“Botafaqo”nun sahibi: “Braziliyanı və braziliyalıları sevirəm”

ain.az, sport24.az saytına istinadən bildirir.

"Botafoqo"nun amerikalı sahibi Con Tekstor klublararası dünya çempionatının qrup mərhələsinin ikinci turunda PSJ üzərində qələbədən (1:0) sonra emosiyalarını bölüşüb. Sport24.az xəbər verir ki, o, bu barədə "Ge.Globo"ya danışıb:

"Braziliyanı və braziliyalıları sevirəm! Bu Braziliya üçündür! Biz Braziliyada futbol oynamağı bilirik!".

Qeyd edək ki, qrup mərhələsinin son turu ərəfəsində "Botafoqo" (6 xal) B qrupuna başçılıq edir. PSJ üç xalla ikincidir.

Qeyd edək ki, 3-cü turda "Botafoqo" "Atletiko", PSJ isə "Sietl"lə qarşılaşacaq. Hər iki oyun iyunun 23-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
sport24.az

1Mənbələr