İranın “Microsoft”un binasına atdığı raket ANBAAN GÖRÜNTÜSÜ
Ajans.az "CNN"ə istinadən xəbər verir ki, İranın Beer Şeva şəhərinə endirdiyi zərbədən sonra raketin Microsoft korporasiyasının regional ofisinin yanında yerləşən texnoloji parkın yaxınlığında düşməsi və hadisə yerində yanğının baş verdiyi video ortaya çıxıb. Görüntülərdə binadan qatı tüstünün qalxdığı görünür. İsrailin xilasetmə xidmətləri raketin qəzaya uğradığı yerdədir və yaralıların axtarışı ilə bağlı binalarda axtarış aparır. Bundan əvvəl məlum olub ki, “Microsoft”un ofisinin yanındakı dayanacaqda İran mərmisi partlayıb. Binaya ciddi ziyan dəyib, partlayış dalğası bütün pəncərələri uçurub, zərbə yerində yanğın başlayıb. Ən azı 18 nəfər yaralanıb. Ehtimallara görə, İran İsrail Müdafiə Qüvvələrinin (IDF) şəhər yaxınlığında yerləşən Nevatim hərbi bazasını hədəfə alıb.