AZ

“UFC Fight Night”: Musayev fərqli çəkidə döyüşəcək

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində başqa çəki dərəcində mübarizə aparacaq.

Futbolpress.az xəbər verir ki, o, 75 kq çəki dərəcəsində Miktibek Orolbai ilə döyüşməyə razılıq verib.

Tərəflər daha öncə 70 kq çəki dərəcəsində qarşılaşmalı idi. Ancaq rəsmi çəkiölçmədə Musayev 73,9, Orolbai isə 74,8 kq olub. Bu səbəbdən onlar 70 kq-da döyüşməyə uyğun gəlməyib.

“UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Gecənin əsas görüşündə Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
futbolpress.az

7Mənbələr