AZ

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub (FOTO)

Bakı.Trend:

​Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunda2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəlimərasim keçirilib.

Trend ​Daxiliİşlər Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə respublikanındaxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirakedib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizinsuverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüştapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçən hərbiqulluqçuların və polis əməkdaşlarının əziz xatirəsi yad edilib,Azərbaycanın Dövlət Himni səsləndirilib.

Məzunların buraxılış mərasiminin Hərbi İnstitutun həyatındaəlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdıran nazir müavini– Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədovtəhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədrisbazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıdaduran vəzifələr barədə məruzə edib.

Nazir Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin əsas strukturqurumlarından olan Daxili Qoşunların yarandığı gündən şərəflixidmət yolu keçdiyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyüuğrunda gedən döyüşlərdə, ölkədə sabitliyin, ictimaitəhlükəsizliyin təmin olunmasında onun mühüm rol oynadığını diqqətəçatdırıb. O, Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsininAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali BaşKomandanı cənab İlham Əliyev tərəfindən hər zaman nəzarətdəsaxlanıldığını, müasir silah və texnika ilə təminatı, şəxsi heyətinsosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacibqərarların qəbul edildiyini vurğulayıb, xüsusi diqqət və qayğınınnəticəsi olaraq Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüştapşırığını layiqincə yerinə yetirməyə qadir olduğunu bildirib.

General-polkovnik V.Eyvazov Silahlı Qüvvələrin Ali Baş Komandanıcənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilənəticələnən Vətən müharibəsində Daxili Qoşunların hərbiqulluqçularının ön cəbhədə qəhrəmanlıq və vətənpərvərlik nümunələrigöstərdiyini, onların arasında Hərbi İnstitutun məzunlarının daolmasını bu təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbianda sədaqət ruhunda formalaşmasında əzmkar fəaliyyətin əyanitəsdiqi kimi dəyərləndirib.

Daxili Qoşunların Hərbi İnstitutunun bu gün öz təyinatına uyğunolaraq Qoşunlar üçün yüksək ixtisaslı, peşəkar zabit heyətininhazırlanması ilə bağlı çox böyük işlər gördüyünü, bu mühümvəzifənin gələcəkdə də layiqincə yerinə yetiriləcəyinə əminliyiniifadə edib.

Daxili işlər naziri Qoşunların peşəkar kadr özəyininformalaşmasında, şəxsi heyətin döyüş hazırlığında yüksək nəticələrəldə etdiyinə görə Türkiyə Silahlı Qüvvələrinin, o cümlədən JandarmBaş Komandanlığının roluna xüsusi diqqət çəkib.

Qeyd olunub ki, məzunların həyatında yeni bir dövr başlayır. Butəhsil ocağında komandir peşəsinə yiyələnməklə liderlik, cəsurluq,fədakarlıq, dürüstlük kimi keyfiyyətlər qazanan, peşələrini sevən,müasir düşüncəyə sahib gənc zabitlər аrtıq hаzırlıqlı və pеşəkаrhərbçilər kimi Daxili Qoşunların sıralarında xidmətlərini uğurladavam etdirəcək, Qoşunların döyüş ənənələrinə sadiq qalacaqlar.

Nazir V.Eyvazov gənc zabitləri, onların valideynlərini vəyaxınlarını Hərbi İnstitutu uğurla bitirmələri münasibətilə təbrikedib, Daxili Qoşunlar üçün peşəkar kadrlar hazırlayan bu ali təhsilocağının rəhbərliyinə, zabit-müəllim heyətinə təşəkkürünü bildirib,fəaliyyətlərində uğurlar arzulayıb.

Kursant Çingiz Cəfərli onlara göstərilən diqqət və qayğıya görəölkə başçısına, DİN rəhbərliyinə və Hərbi İnstitutun zabit-müəllimheyətinə minnətdarlığını çatdırıb, gələcəkdə peşəkar zabitolacaqlarını, Vətən, dövlət və xalq qarşısında vəzifələrinilayiqincə yerinə yetirəcəklərini, hərbçi şərəfini hər zaman ucatutacaqlarını bildirib.

Sonra Döyüş Bayrağı üçüncü kursun kursantlarına təhvil verilib.Gənc zabit Ç.Cəfərli “Yaş kötüyü”nə rəmzi xatirə lövhəsinivurub.

Tədbirin sonunda daxili işlər naziri Hərbi İnstitutu fərqlənməvə "baş leytenant" rütbəsi ilə bitirmiş məzunlara diplomları təqdimedib.

Sonda gənc zabitlər təntənəli marşla tribunanın qarşısındankeçiblə

DİN-in
DİN-in
DİN-in
DİN-in
DİN-in
DİN-in
DİN-in
Seçilən
11
50
az.trend.az

10Mənbələr