Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və həmin idarənin iki zabitlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, cinayət işi üzrə olan materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Fikrət Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası avqustun 30-na təyin olunub.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov, zabiti Emil Nəbiyev məsuliyyətə cəlb olunublar.