AZ

Osimhenə qarşı Neymar? Türkiyəni silkələyən transfer

ain.az, Metbuat saytına istinadən bildirir.

"Santos"la müqaviləsi başa çatmaq üzrə olan Neymar açıqlamaları ilə diqqət çəkib.

Metbuat.az xəbər verir ki, adı "Fənərbaxça" ilə hallanan ulduz futbolçu transfer iddialarına münasibət bildirib. O, karyerası ilə bağlı qərar vermədiyini ifadə edib. Neymar, “Klublararası Dünya Kubokunda oynamaq üçün bəzi klublarla görüşlərim oldu. "Fluminense" ehtimalı olduqca real idi. Bununla belə, ora getmək əvəzinə, “Santos”da qalıb bir az daha məşq etməyi üstün tutdum" - deyə bildirib.

Qeyd edək ki, Türkiyə mediası Neymarın "Fənərbaxça"ya transfer ola biləcəyini irəli sürüb. İddia edilir ki, yeni mövsüm üçün ulduz futbolçu transfer etmək istəyən “Fənərbaxça” Neymarı heyətə cəlb etmək üçün fəaliyyət həyata keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
metbuat.az

2Mənbələr