Tehranda Ali Rəhbər Əli Xamneyinin bunkerinin yerləşdiyi ehtimal edilən ərazidə güclü partlayış qeydə alınıb. Bu barədə yerli sakinlərə istinadən Əl-Cəzirə telekanalı məlumat yayıb. Teleaparıcı Vladimir Solovyov isə Telegram kanalında bildirib: "İnternetdə İranın ali lideri Əli Xamneyinin bunkerinin yerləşdiyi ərazidə çəkildiyi iddia edilən video yayılır". Vəziyyətlə bağlı başqa məlumat daxil olmayıb.
Surxay Əliyev