AZ

Neft bazarı Trampın qərarını gözləyir

ABŞ prezidenti Donald Trampın iki həftə ərzində İrana hücum edib-etməmək barədə qərar verəcəyini deməsindən sonra neft qiymətləi düşüb.

Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:30-da brend nefti 2 faiz ucuzlaşma ilə 77,24 dollardan ticarət olunub. 

Analitiklərə görə, ABŞ-ın birbaşa iştirakını gecikdirməsi xam neftin yeni maksimumlara çatmasının qarşısını ala bilər.

Çərşənbə günü Tramp baş müşavirləri ilə görüş keçirib, gələcək addımlarla bağlı bir neçə ipucu verib. Tramp İranı bombalayıb-bombalamayacağına dair suala, “Ola bilər, olmaya da bilər” deyib.

Wall Street Journal xəbər verir ki, prezident həftənin əvvəlində hərbi hücum planını təsdiqləyib, lakin Tehranın tələblərinə cavab verib-verməyəcəyini gözləmək üçün yekun icazəni gecikdirib.

Seçilən
14
marja.az

1Mənbələr