AZ

DTX tərəfindən Azərbaycanda saxlanılan Fransa şirkətinin vitse-prezidentinin məhkəməsi başlayıb

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycandasaxlanılan, külli miqdarda rüşvət alma və digər cinayətlərdəittiham olunan Fransanın məşhur “SAUR” şirkətinin vitse-prezidenti,Mərakeş əsilli Fransa vətəndaşı Anass Derrazın Bakıda məhkəməsibaşlayıb.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovunsədrliyi ilə keçirilən prosesdə Anass Derraz həm ingilis, həm dəfransız dilli tərcüməçi ilə təmin edib.

Daha sonra təqsirləndirilən şəxsin anket məlumatlarıdəqiqləşdirilib. Məlum olub ki, Anass Derraz Mərakeşin Kasablankaşəhərində anadan olub. Həm Fransa, həm də Mərakeş vətəndaşıdır.Evlidir və iki azyaşlı övladı var. "SAUR" beynəlxalq şirkətininvitse-prezidentidir. Həmin şirkət Dubayda qeydiyyatdadır.

Daha sonra məhkəmədə işin baxışa verilməsi müzakirəyəçıxarılıb.

A.Derraz prosesin təxirə salınmasını xahiş edib: "Sizdən xahişedirəm ki, cinayət işinə xitam verilsin və iş ibtidai araşdırmanıhəyata keçirən orqana qaytarılsın. 11 aydır övladlarımdan uzağam vəölkəmə qayıtmaq istəyirəm".

Onun vəkili bu məsələ ilə bağlı vəsatətin təmin olunmasını xahişedib.

Məhkəmə müşavirədən sonra qərara alıb ki, vəsatət təminedilməsin və onun barəsində seçilmiş başqa yerə getməmək haqqındaqətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.

Məhkəmənin baxış iclası iyulun 3-nə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət TəhlükəsizliyiXidməti tərəfindən Anass Derraza Azərbaycan Respublikası CinayətMəcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakıleqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3(rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə)maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət TəhlükəsizliyiXidməti tərəfindən istintaqı aparılan cinayət işi üzrə FransaPrezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benallavə Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətininvitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsillirusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalqsanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digərcinayət əməllərində ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmişməqalələrdə qeyd edilir ki, Fransa rəsmiləri Fərhad Əhmədovdanrüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli“Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özününsanksiyalardan qorunacağını vəd ediblər.

Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin birhissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və AleksandrBenallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabınaköçürüb.

A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışınaqadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi iləbağlı İNTERPOL-a müraciət olunub.

İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarlaFransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesabedərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı bülleten”)ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzvdövlətlərə bildirişlər göndərib.

Qərarın əsası Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətindəistintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqisorğu olub. İnterpolun Fransa prezidentinin Mühafizə Xidmətininsabiq rəhbəri A.Benallanı ən ciddi hüquqi əsas olan “Red Notice”(“Qırmızı bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-ninəlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbərverir. “Qırmızı bülleten” şəxsin olduğu ölkədə tutulmasını vəbarəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur.A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinəcəlb edildiyi məlumdur.

Məqalədə:
Seçilən
12
36
az.trend.az

10Mənbələr