AZ

Şərqlə Qərb belə birləşir: Bu addım İsrailə görə atılır

"Neom" gigalayihəsinin bir hissəsi kimi planetdə daha bir layihə həyata keşirilə bilər. Söhbət Qırmızı dəniz üzərindən Səudiyyə Ərəbistanını Misirlə birləşdirməli olan körpüdən (yaxud tuneldən) gedir. Bu, İsrailin problemli ərazisindən yan keçməklə ticarət yollarının yaradılmasına və Şərqlə Qərb arasında dəmir yolu ilə yüklərin çatdırılmasını sadələşdirməyə imkan verəcək.

Publika.az xəbər verir ki, bu barədə "Techkult" yazıb.

Bu layihə ilə bağlı hələlik rəsmi məlumat yoxdur, lakin Misirin nəqliyyat naziri Kamel əl-Vəzir bu yaxınlarda keçirilən konfransda körpünün planlaşdırılmasının artıq başa çatdığını bildirib. Bunu Ər-Riyada təklif kimi qiymətləndirmək olar. Qahirə zəngin qonşusunu irimiqyaslı infrastruktur layihəsini həyata keçirməyə dəvət edir. Bu, hər iki ölkə üçün faydalıdır, lakin Səudiyyə Ərəbistanının onun həyata keçirilməsi üçün daha çox potensialı var.

Bildirilir ki, ilkin olaraq Qırmızı dəniz üzərindən körpünün tikintisi hələ 2016-cı ildə Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud tərəfindən müzakirə edilib. Həmin vaxt ölkədə turizm və nəqliyyat obyektlərinin tikintisində bum yenicə başlayırdı. Körpünün harada tikiləcəyi ilə bağlı sual ortaya çıxmışdı. Çünki Qırmızı dəniz çox kövrək mərcan əsaslı ekosistemə malikdir, üstəlik burada intensiv gəmiçilik var. Ən dar nöqtəsi olan Tiran boğazında ölkələr arasındakı məsafə cəmi 6,4 km-dir, lakin körpü və giriş yollarının tikintisi üçün ən əlverişli yerdən uzaqdır.

Qeyd olunur ki, belə bir körpünün yaranmasının lehinə əlavə bir arqument ondan ibarətdir ki, Misir öz dəmir yolu şəbəkəsinin modernləşdirilməsini başa çatdırır və onun yenilənmiş imkanları yüklərin daşınması üçün tətbiq və böyük müqavilələr tələb edir. Ona görə də heç də təsadüfi deyil ki, körpünün tikilməsi məsələsini məhz Misir tərəfi qaldırıb.

Seçilən
11
publika.az

1Mənbələr