Qaydaya əsasən, hava gəmisinin uçuşa yararlılığının saxlanılması onun sahibi tərəfindən təmin edilməlidir. Bu məsuliyyət birbaşa hüquqi və texniki tədbirlərin görülməsi ilə bağlıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması Qaydası”nda əksini tapıb.
Sahib, istismarın təhlükəsizliyini və qəza risklərinin azaldılmasını da təmin etməlidir. Bunun üçün hava gəmisində zəruri avadanlıqlar quraşdırılmalı və onların işləkliyi təmin olunmalıdır. Əgər bu avadanlıqlar istismara yararsızdırsa, bu barədə texniki jurnalda qeyd olmalıdır.