AZ

Dünyada birbaşa xarici investisiyaların həcmi kəskin azalıb

Bakı. Trend:

2024-cü ildə dünyada birbaşa xarici investisiyalar (BXİ) 11 faizazalaraq 1 trilyon 493 milyard ABŞ dolları təşkil edib. Bugöstərici 2023-cü ildə 1 trilyon 673 milyard dollar idi.

Trend xəbər verir ki, bubarədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD)hesabatında bildirilir.

Qeyd olunur ki, BXİ ikinci ildir ardıcıl olaraq azalır. “Bu ildə bərpa gözlənilmir. Buna səbəb ölkələr və şirkətlər arasındanarahatlıq və qeyri-müəyyənliyi artıran ticarət müharibələri vəsilahlı münaqişələrdir” – deyə BMT-nin Ticarət və İnkişaf üzrə başkatibi Rebekka Qrinspan bildirib.

Hazırda transmilli korporasiyalar uzunmüddətli strategiyalardançox milli təhlükəsizlik, tədarük zəncirlərinin yenidən qurulması vədəyişən ticarət siyasətinə həssas sahələrdə risklərin qısamüddətliidarə olunmasına üstünlük verir.

Ötən il ən kəskin investisiya azalması inkişaf etmiş ölkələrdəqeydə alınıb. Bu kateqoriyadan olan ölkələrdə investisiyalar 22faiz azalaraq 626 milyard dollara düşüb. Azalma Avropada daha ciddi(58 faiz) hiss olunub və burada investisiyalar cəmi 182 milyarddollar təşkil edib. Almaniyada 89 faiz, İspaniyada 39 faiz,İtaliyada 24 faiz və Fransada 20 faiz azalma baş verib.

Bununla yanaşı, Şimali Amerikada investisiyalar 23 faiz artaraq343 milyard dollara çatıb. Artım ABŞ-da yarımkeçirici sənayesindəhəyata keçirilən iri layihələr hesabına mümkün olub.

İnkişaf etməkdə olan ölkələrdə isə birbaşa xarici investisiyalar0,2 faiz yüksələrək 867 milyard dollar təşkil edib.

Afrikada investisiyalar rekord həddə - 75 faiz artaraq 97milyard dollara çatıb. Bu, əsasən Misirdə həyata keçirilən nəhənginfrastruktur layihəsi hesabına mümkün olub. Hətta Misir nəzərəalınmadan belə, Afrikada investisiyalar 12 faiz artıb.

Asiya qitəsində ümumi investisiya axını 3 faiz (605 milyarddollar) azalsa da, BXİ həcminə görə liderliyi qoruyub saxlayıb. Buazalmaya Çindəki 29 faizlik geriləmə səbəb olub.

Ötən il ən çox birbaşa xarici investisiya cəlb edən ölkə ABŞolub – 279 milyard dollar. Növbəti yerlərdə Sinqapur (143 milyarddollar) və Çin (116 milyard dollar) gəlir.

2025-ci ilin əvvəlində qeydə alınan məlumatlar qlobalinvestisiya sazişləri və layihələr üzrə rekord dərəcədə aşağıfəallıq olduğunu göstərir.

Seçilən
0
4
az.trend.az

5Mənbələr