İsrail ordusu İrandan atılan 480-dən çox pilotsuz uçuş aparatını zərərsizləşdirib. Metbuat.az xəbər verir ki, bu barədə İsrail ordusundan açıqlama verilib. Açıqlamada deyilir ki, İrandan atılan raket və PUA-ların qarşısını almaq üçün İsrail hava qüvvələri, dəniz donanması, hava hücumundan müdafiə birlikləri, döyüş təyyarələri və freqatları əməkdaşlıq edir. Qeyd edək ki, İran İnqilab Keşikçiləri Korpusu İsrailin Təl-Əviv və Hayfa şəhərlərindəki hərbi hədəflərə 100-dən çox kamikadze pilotsuz uçuş aparatı və raketlərlə hücumlar təşkil etdiyini açıqlamışdı.