AZ

Britaniyalılar yenidən Avropa İttifaqına qayıtmaq istəyir

London, 20 iyun, AZƏRTAC

“YouGov” şirkətinin keçirdiyi sorğuya əsasən, Britaniyanın Avropa İttifaqından ayrılması (Brexit) ilə bağlı keçirilmiş referendumun nəticəsindən doqquz il keçməsinə baxmayaraq, britaniyalıların əksəriyyəti bu qərardan peşmanlıq hissi keçirir və ölkənin yenidən Aİ-yə qoşulmasını istəyir.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, sorğu iştirakçılarının 56 faizi Böyük Britaniyanın Aİ-yə qayıtmasının tərəfdarıdır. Respondentlərin 61 faizi isə “Brexit”in uğursuzluq olduğunu düşünür. Onların böyük əksəriyyəti bu uğursuzluğa görə keçmiş baş nazir Boris Consonu və Mühafizəkarlar Partiyasını ittiham edir.

Xatırladaq ki, Boris Conson Aİ-dən ayrılmaqla bağlı kampaniyanın ən tanınmış simalarından idi. O və digər tərəfdarlar “Brexit”dən sonra ölkənin hansı istiqamətdə inkişaf edəcəyinə dair konkret plan təqdim etməməkdə tənqid olunublar.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
14
3
azertag.az

4Mənbələr