AZ

Şəmkirdə istixana yandı

Şəmkir rayonunun Qədimqala kəndində ümumi sahəsi 6400 m² olan istixananın polietilen üzlüyü 80 m² sahədə və istixananın ərazisində sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildirilib ki, istixananın və talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
70
1
publika.az

2Mənbələr