AZ

Klublararası dünya çempionatı: PSJ gözlənilmədən məğlub oldu

BAKI, 16 iyun. TELEQRAF

ABŞ-də təşkil olunan klublararası dünya çempionatı çərçivəsində B qrupunun növbəti matçında Fransanın "Pari-Sen Jermen" (PSJ) klubu Braziliyanın "Botafoqo" komandası ilə üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, görüş braziliyalıların minimal hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu qarşılaşmanın 36-cı dəqiqəsində İqor Jesus vurub.

Bununla da, "Botafoqo” 6 xalla B qrupunun vahid liderinə çevrilib. İkinci və üçüncü yerləri hesablarında 3 xal olan PSJ və İspaniyanın "Atletiko Madrid” klubları bölüşür. Qrup sonuncusu olan ABŞ-nin "Sietl Saunders" klubunun hesabında xal yoxdur.

Qeyd edək ki, B qrupunun digər oyununda "Atletiko Madrid” klubu “Sietl Saunders"i 3:1 hesabı ilə məğlub edib.

Seçilən
27
teleqraf.com

1Mənbələr