AZ

Argentinada Rusiyanın casus şəbəkəsi aşkar edildi

BAKI, 20 iyun. TELEQRAF

Argentinada "rus casus şəbəkəsi” ifşa edilib.

Teleqraf xəbər verir ki, bu barədə Argentina KİV-i məlumat yayıb.

Kreml tərəfindən maliyyələşdirilən şəbəkə Argentina dövlətinə qarşı dezinformasiya kampaniyaları və aksiyalar təşkil ediblər.

Argentina kəşfiyyatının məlumatına görə, ölkədə yaşayan Rusiya vətəndaşı Lev Andriaşvili həyat yoldaşı İrina Yakovenko ilə birlikdə dezinformasiya yaymaq üçün aidiyyəti strukturlara pul paylayıb. Xüsusilə, cütlük sosial şəbəkələrdə paylaşımlar edib, vətəndaş cəmiyyəti təşkilatları və QHT-lərlə əlaqə qurub, həmçinin ölkədə keçiriləcək siyasi hadisələrlə bağlı məlumat toplayıb.

Rusiyanın bu ölkədəki səfirliyi ruslara qarşı şübhələri “casusluq manyaklığının” növbəti mərhələsi adlandırıb və bunu Moskvanın əleyhdarlarının iki ölkə arasında münasibətlərə “kölgə salmaq” cəhdi hesab edib.

Seçilən
83
teleqraf.com

1Mənbələr