AZ

Norveçin İsraildəki səfirinin evinə qumbara atıldı

BAKI, 16 iyun. TELEQRAF

Norveçin İsraildəki səfiri Egil Salvaqın yaşadığı evin həyətinə qumbara atılıb.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb, yalnız maddi ziyan dəyib.

İsrailin xarici işlər naziri Gideon Saar səfir Egil Salvaq ilə danışdığını bildirib.

Partlayışın səbəbləri məlum deyil.

Seçilən
21
teleqraf.com

1Mənbələr