AZ

Silikonlar qadını 22 bıçaq zərbəsindən xilas etdi

Ma adlı 30 yaşlı çinli qadın maşında onu gözləyən cinayətkarın ona 22 bıçaq zərbəsi vurmasından sonra möcüzə nəticəsində sağ qalıb. Gənc qız həyatını ölümcül yaranın qarşısını alan silikon döş implantlarına borcludur.

 

Sfera.az bildirir ki, hadisə Zhejiang əyalətinin Hançjou şəhərindəki ticarət mərkəzlərindən birində baş verib.

 

Ma ticarət mərkəzindən çıxıb və maşınına minib, hücum edən şəxs artıq orada onu gözləyib. Kişi ön oturacağa çıxıb və onu bıçaqla hədələməyə başlayıb. Manın qışqırmasına baxmayaraq, heç kim onu ​​eşitməyib. Hücum edən maşını ticarət mərkəzindən çıxarmağa, yaxınlıqdakı Tongxiang kəndinə sürməyə və qızı parkinq üçün pul ödəməyə məcbur edib.  

 

Qızı hədələyərək pul tələb etməyə davam edib. Hesabının demək olar ki, boş olduğunu biləndə dostlarından borc almağı tələb edib.

 

Kişinin qısa müddət ərzində fikri yayınarkən, Ma sevgilisinə mesaj göndərməyi bacarıb. Sevgilisi kompüterində qızın telefonunun yerini izləyib və polisə müraciət edib.

 

Lakin Tongxiangdakı Chongfu Polis Bölməsinin əməkdaşları gələndə hücum edən şəxs qəfil Manın sinəsindən 22 bıçaq zərbəsi vurub, sonra özünə bıçaq zərbəsi endirib.

 

Həkimlərin onu xilas etmək üçün bütün səylərinə baxmayaraq, hücum edən şəxs ölüb, lakin Ma möcüzə nəticəsində sağ qalıb.

 

Həkimlər jurnalistlərə bildiriblər ki, qızın döş implantları potensial ölümcül zədənin qarşısını alıb və yalnız bir bıçaq zərbəsi təhlükəli olub.

 

"20-dən çox bıçaq yarasını saydıq. Xoşbəxtlikdən, keçmişdə sinə böyütmə əməliyyatı keçirmişəm və implantlar bıçağın həyati orqanlara dəyməsinin qarşısını alıb. Yalnız bir bıçaq yarası ağciyərimə dəyib"- deyə Ma bildirib. 

 

Manın hekayəsi sosial şəbəkə istifadəçilərini şoka salıb.

 

"Kimin ağlına gələrdi ki, döş implantlarının belə faydaları ola bilər! Plastik cərrahiyyə klinikası təşəkkür bayrağına layiqdir", "İmplantların təsadüfən onun həyatını xilas etməsi çox dramatikdir. Bu, romana bənzəyir. İctimai yerlərdə təhlükəsizlik boşluqlarını ciddi qəbul etmək lazımdır. İnsanlar hər dəfə küçəyə çıxanda qorxu içində yaşamamalıdır!" - kimi şərhlər yazılıb.

 

Xanım

Seçilən
13
1
sfera.az

2Mənbələr