AZ

Edin Dzeko “Fiorentina”da

"Fənərbağça"dan ayrılan Edin Cekonun yeni klubu bəlli olub.

Bizim.Media xəbər verir ki, bosniyalı hücumçu karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Ceko "Fiorentina" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 39 yaşlı forvard artıq Florensiya təmsilçisi üçün tibbi müayinədən keçib. Onunla 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Edin Ceko ötən mövsüm "Fənərbağça"nın heyətində meydana çıxdığı 53 rəsmi matçda 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr