AZ

Koronanın yayılacağını əvvəldən deyən görücüdən Qiyamət günü ilə bağlı proqnoz

"Yeni Vanqa" ləqəbini qazanmış yapon rəssam və yuxugörücü Ryo Tatsuki, kitabının yenidən nəşrindən sonra bir daha ictimaiyyətin diqqətini cəlb edib.

Həmin kitabda 2025-ci il iyulun 5-də Yaponiyada mümkün fəlakət barədə xəbərdarlıq yer alıb. Təfərrüatların olmamasına baxmayaraq, bu öncəgörmələr sosial şəbəkələrdə sürətlə yayılıb və narahatlıq dalğası yaradıb.

BAKU.WS "The Daily Jagran" nəşrinə istinadən xəbər verir ki, proqnoz yalnız Yaponiyada deyil, ölkə xaricində də ciddi narahatlıq doğurub. Sosial şəbəkə istifadəçiləri mümkün ssenariləri müzakirə edir, bəzi turistlər isə səfərlərini artıq ləğv etməyə başlayıblar. Hərçənd Tatsuki hadisənin dəqiq xarakterini açıqlamasa da, onun COVID-19 pandemiyası və Tohoquda baş verən zəlzələ ilə bağlı əvvəlki öncəgörmələri ona peyğəmbərliklərə inanan insanlar arasında etibar qazandırıb.

Ryo Tatsuki kimdir?

Ryo Tatsuki – yuxulara əsaslanan və manqa formatında təqdim edilən pronoqnozları ilə tanınan yapon sənətçidir. O, 2021-ci ildə gördüyü bir yuxuda 2025-ci il 5 iyulda Yaponiyada dağıdıcı bir hadisənin baş verəcəyini yazdığını iddia edib. Zamanla onun kitabları kult statusu qazanıb, özü isə böyük pərəstişkar kütləsinə sahib olub.

Turizmə zərbə və sakitliyə çağırış

Bu xəbər artıq iqtisadi təsirlərini göstərməyə başlayıb. Bloomberg Intelligence-in məlumatına görə, Yaponiyaya aviabiletlərin və otel rezervasiyalarının sayı kəskin şəkildə azalıb. Məsələn, Honkonqdan gələn sifarişlərdə 50%-dən çox, Cənub-Şərqi Asiya ölkələrindən isə 83%-ə qədər azalma müşahidə olunub. Bu vəziyyət pandemiyadan sonra turizm sektorunu bərpa etməyə çalışan ölkə üçün xüsusilə narahatedicidir.

Artan panika fonunda hakimiyyət insanları təmkinli olmağa çağırır. Miyagi prefekturasının qubernatoru Yosixiro Murai bildirib:

"Narahatlığa əsas yoxdur. İnsanlar Yaponiyanı tərk etmir. Ümid edirəm, bu şayiələr turistlərin ölkəmizi ziyarət etməsinə mane olmaz."

Seçilən
5
1
far.az

2Mənbələr