Lombard bacı və qardaşı aldadıb.
NOCOMMENT.az xəbər verir ki, belə iddia ilə Kürdəmir sakinləri “Xəzər Xəbər”ə müraciət ediblər.
Rayonun Yenikənd kənd sakini Nadir Cəfərov 6 il əvvəl maddi ehtiyac səbəbindən qızıllarını lombarda girov qoyaraq pul götürüb. O, bildirir ki, pulları qaytarsa da qızıllarını ala bilmir.
Məsələ burasındadır ki, Nadirin bacısı Günay Cəfərova da eyni lombardın toruna düşdüyünü deyir.
Bildirildi ki, həmin lombard bağlanıb və ünvanı dəyişib. Şikəyətçilərlə əlaqədə olan Lombardı işlədən Gülnar Bəşirovadan münasibət almaq istədik. Lakin telefonlara cavab vermədi.
Bacı qardaş bu baradə hüquq mühafizə orqanlarına müraciət ediblər.
Rayon Prokurorluğundan “Xəzər Xəbər”ə bildirdilər ki iş artıq məhkəməyə verilib. Məhkəmə qanuni olaraq hüquqi qiymət verəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.