AZ

İspaniya NATO-nun müdafiə xərclərinin 5%-i ilə bağlı təklifini rədd edir

İspaniyanın baş naziri Pedro Sançes NATO-nun baş katibi Mark Rutte və ABŞ prezidenti Donald Trampın ölkələrin Ümumi Daxili Məhsulunun (ÜDM) 5 faizini müdafiə xərclərinə ayırmaq təklifini rədd edib.

Sançes 24-26 iyun tarixlərində Hollandiyanın Haaqa şəhərində keçiriləcək NATO Sammiti öncəsi müdafiə xərclərinin ÜDM-in 5 faizinə çatdırılması tələbinə qarşı çıxan məktubu NATO-nun baş katibi Rutteyə göndərib.

İspaniya mətbuatında yer alan məktubda Sançes, "hər hansı bir hökumətin müdafiə xərclərini artırmaq üçün istədiyi qurbanları verməsinin qanuni bir haqqı olduğunu, lakin İspaniyanın suveren bir müttəfiq olaraq bunu etməməyi seçdiyini" ifadə edilib.

Sançes müdafiə xərclərini ÜDM-in 5 faizi hədəfinə bağlamanın İspaniya üçün "yalnız məntiqsiz deyil, həm də əks məhsuldar olacağını" müdafiə edib.

İspaniyanın baş naziri təklif edib ki, “Haaqa Sammitinin bəyanatına daha çevik bir düstur əlavə edilsin, bu, xərcləmə hədəfini isteğe bağlı edəcək və ya İspaniyanı 5 faizlik hədəfin həyata keçirilməsindən kənarlaşdıracaq”.

Seçilən
6
aznews.az

1Mənbələr