ABŞ prezidenti Tramp yaxın iki həftə ərzində ABŞ-ın İrana mümkün hücumu ilə bağlı qərar verəcək AzPost bildirir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
“ABŞ prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı diplomatik əlaqələr qurmaq şansının olduğuna inanır və iki həftə ərzində ABŞ-ın İrana zərbə vurub-vumayacağına qərar verəcək” -deyə Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.
Vaşinqton administrasiyasının rəhbərinin sözlərindən sitat gətirib: “İranla yaxın gələcəkdə baş tuta və ya olmaya biləcək danışıqların əhəmiyyətli ehtimalını nəzərə alaraq, mən iki həftə ərzində hərəkət edib-etməmək barədə qərar verəcəyəm”.