ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Türkiyənin energetika naziri Alparslan Bayraktarla neft, qaz, kömür, elektrik enerjisi və atom sahələrində əməkdaşlığı müzakirə edib.
Bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Söhbət qaz habının yaradılması, Rusiyanın enerji resurslarının Türkiyə bazarına tədarük şərtləri, "Akkuyu" AES-in tikintisindən gedib", - məlumatda qeyd olunub.
"Türkiyə iqtisadiyyatının hərəkətverici qüvvəsi olan sənaye enerji resurslarının sabit tədarükü və elektrik enerjisi istehsalı olmadan inkişaf edə bilməz. Rusiya Türkiyə bazarına neft, qaz və digər təbii sərvətlərin etibarlı tədarükçüsü olub və olaraq qalır", - A.Novak qeyd edib.
“Cebheinfo.az”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.