AZ

KOBİA-nın təşəbbüsü ilə 7 istiqamət üzrə daxili bazar araşdırması aparılıb

Bakı. Trend:

Soyuducu anbarlara tələbat, Azərbaycanın ekoloji turizmpotensialı, dəri və dəri məmulatlarının istehsalı, tekstilmüəssisəsinin yaradılması, Naxçıvan Muxtar Respublikasında kəndtəsərrüfatı emalı və sənaye müəssisələrinin yaradılmasıperspektivləri, tikinti məqsədli yerli xammal ehtiyatlarıistiqamətləri üzrə daxili bazar araşdırmaları aparılıb. Kiçik vəOrta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə aparılmışbazar araşdırmalarında sektorun inkişafı, istehsal və ixracimkanları, lazım olan işçi qüvvəsi, satış, qiymət, dövlət dəstəyitədbirləri və s. barədə ətraflı məlumatlar verilib. Bu isə müvafiqsahələrdə öz biznesini qurmaq və ya fəaliyyətini genişləndirməkistəyən sahibkarlar üçün vacibdir.

Müvafiq bazar araşdırmaları ilə sahibkarlar KOBİA-nınwww.smb.gov.az saytından tanış ola bilərlər (https://smb.gov.az/az/nav/daxili-bazar-arasdirmasi).

Qeyd edək ki, KOBİA tərəfindən mikro, kiçik və orta biznessubyektlərinə daxili bazar araşdırmasının aparılması üçüninformasiya və maliyyə dəstəyi göstərilir. Azərbaycan RespublikasıPrezidentinin 29 may 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş“Mikro, kiçik və orta sahibkarlıq subyektlərininrəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilədaxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”nauyğun olaraq, mikro sahibkarlıq subyektinin müraciəti əsasındaaparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i,kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilənaraşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır.Ümumilikdə, hər bir daxili bazar araşdırmasının aparılmasına görəKOB subyektləri üçün 20 min manata qədər dəstək məbləği nəzərdətutulub.

Sahibkarların müraciətləri və onların ehtiyacları nəzərəalınmaqla Agentliyin təşəbbüsü ilə mütəmadi olaraq daxili bazararaşdırmaları aparılır.

İndiyədək sahibkarların müraciəti əsasında 28, KOBİA-nıntəşəbbüsü ilə isə 33 olmaqla ümumilikdə 61 daxili bazar araşdırmasıhəyata keçirilib.

Seçilən
6
6
az.trend.az

7Mənbələr