AZ

Bu il Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 523 milyon dollar olub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 19 iyun, AZƏRTAC

Cari ilin ilk beş ayında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 523 milyon dollar təşkil edib.

AZƏRTAC xəbər verir verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,3 faiz paya malik olub. Bununla da ölkəmiz Türkiyə, ABŞ, Rusiya, Çin və Qırğızıstandan sonra Gürcüstanın 6-cı ticarət tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 282,3 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çoxdur.

Azərbaycan Gürcüstanın ixracında 10,9 faiz payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan və Qazaxıstandan sonra 3-cü yerdə qərarlaşıb.

Gürcüstan Azərbaycandan idxal etdyi məhsulların ümumi qiyməti 2,7 faiz azalaraq 240,6 milyon dollar təşkil edib. Azərbaycan qonşu ölkənin idxalında 3,3 paya malik olub və bu göstərici ilə ABŞ, Türkiyə, Rusiya, Çin, Böyük Britaniya və Almaniyadan sonra 6-cı yerdə qərarlaşıb.

Yanvar-mayda Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi dəyəri 9,79 milyard dollara bərabər olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13,3 faiz çoxdur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilsii

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
azertag.az

2Mənbələr