AZ

“Azərbaycan məhəlləsi ndə həyat başlayır” Kahramanmaraş şəhərindən VİDEOSÜJET

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Kahramanmaraş şəhərində inşa edilən "Azərbaycan məhəlləsi"ndə həyat başlayır.

Bu barədə “Haber Global”ın təqdim etdiyi süjetdə qeyd olunub.

Bildirilib ki, məhəllə Türkiyənin Mənzil Tikintisi İdarəsi (TOKİ) tərəfindən Azərbaycanın dəstəyi ilə salınıb: "6 fevral zəlzələlərindən ən çox ziyan görən Kahramanmaraş olub. Fəlakətdən sonra yardıma ilk gələn ölkə qardaş Azərbaycan idi. Komandalar günlərlə bu bölgədə fasiləsiz işlədi. Bölgəni ən son tərk edənlər yenə də Azərbaycan oldu. Azərbaycan bölgənin yenidən qurulmasında vəzifə almaq üçün bir addım önə çıxdı. Əlini daşın altına qoydu və Kahramanmaraşda ən çox can itkisinin yaşandığı nöqtələrdən biri olan Heydər Əliyev Prospekti ilə Azərbaycan Bulvarının kəsişdiyi ərazidə "Azərbaycan məhəlləsi"nin tikintisini öz üzərinə götürəcəyini elan etdi".

Qeyd edilib ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə məhəllənin açılışı olacaq və mənzillərin açarları sahiblərinə təhvil veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azpolitika.info

2Mənbələr