ain.az, Pravda.az portalına istinadən məlumat verir.
Qış və yaz aylarında üst tənəffüs yolu infeksiyalarına daha tez-tez rast gəlinir. Araşdırmalara görə, insanların təxminən 30 faizi ildə ən azı bir dəfə bu tip xəstəliklərə (soyuqdəymə, qrip və s.) tutulur. Buna baxmayaraq, əksər hallarda bədənimizin müqaviməti ilə sağalma baş verir.
Pravda.az bildirir ki, bu cür geniş yayılmış infeksiyalar zamanı antibiotiklərin istifadəsində həm həkimlər, həm də xəstələr tərəfindən səhvlərə yol verilir. Üst tənəffüs yolu infeksiyalarında antibiotiklərin yanlış istifadəsi ciddi nəticələrə səbəb ola bilər.
Antibiotiklər yalnız bakteriyalara qarşı təsirlidir və faydalı bakteriyaları da öldürə bilər. Halbuki bu infeksiyaların 70-90 faizinin səbəbi viruslardır və antibiotiklər viruslara təsir etmir.
Vacib məqamlar:
Antibiotik qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin.
Virus infeksiyalarında antibiotiklər təsirsizdir.
Xəstəliyin başlanğıcında antibiotik istifadəsi faydalı deyil, zərərli ola bilər.
Virus mənşəli infeksiyanın əlamətləri:
Qızdırma, halsızlıq, iştahasızlıq, baş ağrısı, burun axıntısı, öskürək, boğazda ağrı və gözdə qızartı.
Bakterial infeksiyanın əlamətləri:
Qızdırmanın qəfil və kəskin yüksəlməsi, şiddətli boğaz ağrısı, udqunma çətinliyi, irinli badamcıqlar, ağrılı limfa düyünləri.
Nə etməli?
Özbaşına antibiotik qəbul etməyin.
Xəstəxanaya müraciət edin.
Maskadan istifadə edin və əllərin təmizliyinə diqqət yetirin.
Bol maye qəbul edin, vitaminli meyvə-tərəvəz yeyin.
Dincəlin və yuxu rejiminizə əməl edin.
Antibiotik təyin olunarsa, onu tam kurs üzrə istifadə edin.
Qeyd: Həkiminiz antibiotik yazmırsa, sizi qorumağa çalışır. Antibiotiklərin düzgün və ehtiyac olduqda istifadəsi sağlamlığınız üçün vacibdir.
Əminə Bayramova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.