AZ

Zirə nin kapitanı Hayduk la bağlı inamlı danışdı

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Rəqibimizin güclü olmasının fərqindəyik. Amma biz də mərhələni keçmək üçün əlimizdəın gələni edəcəyik".

Bu sözləri QOL.az-a açıqlamasında "Zirə"nin kapitanı Qismət Alıyev deyib.

Həmçinin oxuyun: "İnanıram ki, mərhələni keçən biz olacağıq” - Rəşad Sadıqov

O, Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri "Hayduk" haqda danışıb: "Xorvatiyanın dünya futbolunda yeri hamımıza məlumdur. "Hayduk" isə ölkənin ən güclü komandalarından biridir. Mövsümü çempion komandadan cəmi 2 xal geridə başa vurublar. Hətta son anda çempionluğu əldən veriblər".

Q.Alıyev Xorvatiya klubunun güclü olmasına baxmayaraq, mərhələni keçəcəklərinə inandığını bildirib: "Komandamızda əhval-ruhiyə əladır. Yaxşı nəticəyə ümidliyik. Hələ ki, oyuna qədər vaxt var. Rəqibi analiz etməyə, oyunlarını izləməyə imkanımız olacaq. Ondan sonra rəqibi daha yaxşı tanımaq olar. İnanıram ki, yekunda mərhələ keçib azarkeşlərimizi sevindirərik".

Q.Alıyev Konfrans Liqasında irəliləmək perspektivləri ilə bağlı isə bunları deyib: "Turnirdə mümkün qədər irəli getmək istəyirik. Ancaq ilk növbədə “Hayduk”la oyunu düşünürük. Rəqibi keçə bilsək, bu haqda danışmaq olar. Yaxşı heyətimiz var. Çalışacağıq ki, maksimum  nəticə qazanaq".

Qeyd edək ki, "Zirə" "Hayduk"la iyulun 24-də evdə, 31-də isə səfərdə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
525.az

4Mənbələr