AZ

“Mançester Yunayted” dünya çempionunu almaq istəyir

Argentina millisinin qapıçısı Emiliano Martines karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Aston Villa”nın qolkiperi  “qırmızı şeytanlar”ın transfer siyahısındadır. Mançester klubu Birmingem klubuna 47 milyon avro təzminat ödəmək niyyətindədir.

Qeyd edək ki, 2020-ci ildən indiki klubunda çıxış edən Emiliano geridə qalan mövsümdə “Aston Villa” forması ilə bütün turnirlərdə 53 oyun keçirib. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Seçilən
2
1
idmanxeber.az

2Mənbələr