AZ

Ermənistan Elektrik Şəbəkələrinin səhmlərinin 100%-i beynəlxalq maliyyə təşkilatlarında girovdur

Ermənistanın Elektrik Şəbəkələri QSC-nin səhmlərinin 100%-i beynəlxalq maliyyə təşkilatlarında girovdadır. Ermənistan hökuməti özü bu əməliyyata 27 avqust 2021-ci ildə, sentyabrın 1-də isə Respublikanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası razılıq verib.

Publika.az xəbər verir ki, bu barədə “Factor.am” yazıb.

"Lakin qeyd etmək lazımdır ki, girov faktı şirkətin satışına və ya milliləşdirilməsinə maneə deyil (əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa). Belə hallarda onun girov müqaviləsi üzrə götürdüyü öhdəliklər də alıcıya keçir. Eyni zamanda sənədlərə əsasən, ESA-nın səhmlərinin yalnız 70%-i Karapetyanın sahibi olduğu “Taşir kapital”a məxsusdur.

Səhmlərin 30%-i başqa bir hüquqi şəxsə - Kiprdə qeydiyyatdan keçmiş “Liormand Holding Limited” şirkətinə məxsusdur.

Media 2015-ci ildə bu ofşor şirkətin də Samvel Karapetyanla bağlı olduğunu yazmışdı.

Maraqlıdır ki, şirkətin 2016-cı il hesabatında ESA səhmlərinin 100%-nin 28 dekabr 2016-cı ildə “Taşir” Şirkətlər Qrupuna verildiyi bildirilsə də, Ermənistanın Hüquqi Şəxslərin Dövlət Reyestrinə əsasən Samvel Karapetyan 2009-cu ildə ESA-nın real benefisiarı olub. ESA-nın 2024-cü il üçün hesabatına görə, şirkətə son nəzarət edən şəxs Samvel Karapetyan və ailəsidir.

Seçilən
5
publika.az

1Mənbələr